Gənc şair Fərid Hüseyn və Bakı Mühəndislik Universitetinin tələbələri arasında görüş keçirilib. Gənc şair Fərid Hüseyn və Bakı Mühəndislik Universitetinin tələbələri arasında görüş keçirilib.

Bakı Mühəndislik Universitetində gənc şairlə görüş keçirilib

Gənc şair Fərid Hüseyn və Bakı Mühəndislik Universitetinin tələbələri arasında görüş keçirilib.

Görüş Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Pedaqoji fakültəsinin 3-cü kurs tələbələri (Müstəqillik illəri Azərbaycan ədəbiyyatı fənni) iştirak ediblər.

Görüşdə kafedranın müdiri, dosent Emin Ağayev, filologiya üzrə fəlsəfə doktoru Rəhman Quliyev, kafedranın Azərbaycan dili və ədəbiyyatı müəllimi Yeqzar Cəfərli və baş müəllim Ülvi Babasoy iştirak ediblər.

Tədbiri adı çəkilən kafedranın baş müəllimi Ülvi Babasoy açaraq F.Hüseynin yaradıcılığı haqqında dərin məzmunlu çıxış edib, əhatəli məlumat verib. Sonra müəllif tələbələr üçün "Şairlər və fotoqraflar” adlı poeziya haqqında məruzə oxuyub.

Daha sonra tələbələr F.Hüseynin şeirlərini səsləndirib və müəllifin kitabları haqqında suallar veriblər. Yaradıcı, istedadlı tələbələrdən ikisi isə F.Hüseynin şeirləri haqqında yazdıqları məqalələri oxuyublar.

Sonda E.Ağayev, R.Quliyev, Y.Cəfərli çıxış edərək F.Hüseyn barədə fikirlərini bölüşüblər. Olduqca hazırlıqlı, ədəbi bilgilərlə zəngin auditoriyanın iştirakı ilə keçirilən tədbir dinamik, fikir mübadilələri ilə zəngin və səmimi şəkildə baş tutub. Sonda müəllif tələbələr üçün kitablarını imzalayıb və xatirə şəkli çəkilib.(artkaspi.az)

AzNews.az