Qəbul oktyabrın 24-də olacaq Qəbul oktyabrın 24-də olacaq
  • Mahal
  • 23 Oktyabr 2018 10:13
  •  1 662

Ramin Quluzadənin vətəndaşlarla görüşünün vaxtı dəyişdi

Qəbul oktyabrın 24-də olacaq

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə 23 oktyabr 2018-ci il tarixində nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilərək 24 oktyabr, saat 12:00-a keçirilib.

AzNews.az-ın NRYTN-dən əldə etdiyi məlumata görə, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Beyləqan rayonunda 02122 53000

İmişli rayonunda 02124 64366

Ağcabədi rayonunda 02127 53232

Füzuli rayonunda 02631 55160

Zərdab rayonunda 02029 64299

Xocavənd rayonu üzrə 02122 35448

Laçın rayonu üzrə 02127 78202

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Səidə Nurməmmədli,

AzNews.az