Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vətəndaşlarla görüşəcək. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vətəndaşlarla görüşəcək.
  • Mahal
  • 23 Oktyabr 2018 13:11
  •  1 066

Komitə sədri vətəndaşların müraciətini dinləyəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vətəndaşlarla görüşəcək.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Səfər Mehdiyev oktyabrın 26-da saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən - Mingəçevir şəhərinin, Şəki, Oğuz, Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Nigar CƏFƏR

AzNews.az