Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
  • Mahal
  • 12 Noyabr 2018 21:59
  •  1 307

Tovuzda yol qəzası: yaralanan var

Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tovuzda yol qəzası baş verib.

Hadisə rayonun mərkəzində baş verib.

Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Rəsul Məhərrəm oğlu "Muravey" markalı motosikletlə küçədə hərəkətdə olarkən işıqforun tələblərini pozub. Nəticədə motosiklet qarşı tərəfdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Musayev dərhal əməliyyat olunub, hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az