Yevlax rayonunda mikroavtobus qəzaya düşüb. Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.
  • Mahal
  • 13 Noyabr 2018 10:33
  •  1 198

Mikroavtobus qəzaya düşdü - 10-a yaxın yaralı var

Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.

Hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az