Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
  • Mahal
  • 16 Noyabr 2018 22:06
  •  1 332

Qaxda motosiklet divara çırpıldı - Sürücü xəsarət aldı

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Axşam saatlarında Qax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qaratala kəndi ərazisində qoşqulu motosikletlə hərəkətdə olan 1995-ci il təvəllüdlü yerli sakin Abdullazadə Elnur Qürbət oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpıb.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən bildirilib ki, E.Abdullazadənin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az