Kənd sakinləri qiymətlərin son 5-6 ildə bahalaşdığını təsdiq edirlər Kənd sakinləri qiymətlərin son 5-6 ildə bahalaşdığını təsdiq edirlər
  • Mahal
  • 19 Noyabr 2018 15:33
  •  993

Rayonlarda torpaq niyə bahadır? - VİDEO

Kənd sakinləri qiymətlərin son 5-6 ildə bahalaşdığını təsdiq edirlər

Son illər rayonlarda ev tikmək istəyənlər çətinliklərlə qarşılaşırlar, çünki boş torpaq sahələri tapmaq müşgülə çevrilib. Qiymətlər isə göz bərəldir.

ARB TV-nin əməkdaşları Qubanın Qəçreş kəndi ərazisində satılan torpaqların qiymətləri ilə maraqlanıb.

Satıcı: “10 sot ərazidir. Sotunu 7 min manata verirəm. İşığa və qaza yaxındır. Yolun kənarındadır. Dəqiq alan varsa güzəşt də edərəm”.

Kənd sakinləri də qiymətlərin son 5-6 ildə bahalaşdığını təsdiq edirlər.

Kənd sakini: “Yerindən asılı olaraq lap 10 minə də deyənlər var. Evlər var, 100 minə, 150 minə. Alan adam bəzən evi qarışıq alır, sonra istədiyi formada dəyişdirir”.

Mütəxəssislər isə regionlarda bahalaşmanı son illər torpaq sahələrinin azalması ilə əlaqələndirir. Evlərin qiymətində də 50, 60 faiz arasında bahalaşma müşahidə edilir.

Veysəl Mirzəyev – mütəxəssis: “Bizdə turizm əhəmiyyətli torpaqlar əsasən Qəçreş zonasıdır. Orada əraziyə görə qiymət fərqləri var. Məsələn, 4 sotluq ərazi 4 il bundan öncə 20 minə idisə, bu il 22, 23 min manatadır. Evlərin qiyməti əraziyə görə dəyişir. Bəzi ərazilərdə qiymət olduğu kimi qalır, bəzilərin də fərq olur”.

Yaxın illərdə isə qiymətlərin daha da bahalaşacağı gözlənilir. İndi turizm əhəmiyyətli kəndlərin əksəriyyəti yerini bağ evlərinə verir.

AzNews.az