Yaralı xəstəxanaya yerləşdirilib. Yaralı xəstəxanaya yerləşdirilib.
  • Mahal
  • 19 Noyabr 2018 23:33
  •  1 879

Hacıqabulda minik avtomobili yük maşınına çırpıldı - xəsarət alan var

Yaralı xəstəxanaya yerləşdirilib.

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində “Dodge” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə minik avtomobilində olan Masallı rayon Türkoba kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yalçın Rövşən oğlu və maşında olan sərnişin müxtəlif bədən xəsarətləri ilə müvafiq olaraq Şirvan və Kürdəmirdəki xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az