Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.
  • Mahal
  • 20 Noyabr 2018 13:31
  •  1 124

“Onlar üçün yeni bina tikiləcək” - Nazir müavini

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.

Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.

E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".(report.az)

© AzNews.az