Yevlaxda 18 yaşlı qız xəstəxanada öldü - FOTOLAR

Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.

2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Xəstəxanadan verilən məlumata görə, ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az

image description image description image description image description