45 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb 45 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb
  • Mahal
  • 6 Dekabr 2018 17:15
  •  5 115

45 nəfərini Naxçıvana göndərdilər - FOTOLAR

45 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

AzNews.az xəbər verir ki, fiziki məhdudiyyətli insanlarla bağlı nazirlik tərəfindən aparılan işlərin bir istiqaməti də həmin insanların sağlamlıqlarının bərpasına yönəlib.

Hazırda 45 nəfərin 10 gün müddətinə Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınması da bu məqsədlə görülən işlərdən biridir. Göndərilən şəxslərin xəstəliklərinə uyğun olaraq 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcək. Qalan 10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razı qaldıqlarını, səmərəli müalicə kursu keçmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Səidə Nurməmmədli

AzNews.az

image description image description image description