T.Mahmudov ürəyinda yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş. T.Mahmudov ürəyinda yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.
  • Mahal
  • 8 Dekabr 2018 12:18
  •  1 357

57 yaşlı kişinin sərnişin qatarında ürəyi dayandı - Qaxda

T.Mahmudov ürəyinda yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.

Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.

Hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.

Qatarın sərnişini, Qax rayonunun Qum kənd sakini 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub. Təcili Tibbi Yardımdan verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Onun ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı göstərilir.

Məlumata görə 57 yaşlı T.Mahmudov ürəyinda yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.

Faktla bağlı araşdırma aparılır. (Report)