Hadisə Sığırlı kəndi ərazisində qeydə alınıb. Hadisə Sığırlı kəndi ərazisində qeydə alınıb.
  • Mahal
  • 8 Dekabr 2018 13:29
  •  1 445

Müstəntiqin öldüyü qəzanın görüntüləri - VİDEO

Hadisə Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan yüklə dolu "Qazel"ə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qey edək ki, Ə.Qaybalıyev Ağsu rayon polis şöbəsində müstəntiq işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az