Kürdəmir rayonunda yol qəzası baş verib. Kürdəmir rayonunda yol qəzası baş verib.
  • Mahal
  • 10 Dekabr 2018 17:50
  •  1 977

Kürdəmirdə yol qəzası - Yaralılar var

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aqil Xəzər oğlu Kazımovun idarə etdiyi 10 VB 045 dövlət qeydiyyatı nişanlı "Porshe" markalı minik avtomobili 1981-ci il təvəllüdlü, Ağdaş rayon sakini Elgiz Vəkil oğlu İsmayılovun idarə etdiyi 99 XF 724 dövlət qeydiyyatı nişanlı "Shacman" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə "Porshe"də olan sərnişinlər - Gəncə şəhər sakinləri - 1992-ci il təvəllüdlü Tamerlan Amil oğlu Niyazov və 1967-ci il təvəllüdlü Məhəbbət Cabbar qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az