Daxili İşlər naziri Ramil Usubov keçmiş rəis müavinini rayona təhqiqatçı təyin edib Daxili İşlər naziri Ramil Usubov keçmiş rəis müavinini rayona təhqiqatçı təyin edib
  • Mahal
  • 11 Dekabr 2018 11:58
  •  2 737

Ramil Usubov əmr imzaladı - Yeni təyinat

Daxili İşlər naziri Ramil Usubov keçmiş rəis müavinini rayona təhqiqatçı təyin edib

Bir müddət əvvəl Tərtər rayon Polis Şöbəsinin bir neçə əməkdaşı daxili işlər nazirinin əmri ilə tutduqları vəzifədən azad ediliblər.

AzNews.az-ın məlumatına görə, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəis müavini, polis polkovnik-leytenantı Ərşad Əhmədov Ağdam Rayon Polis Şöbəsinə təhqiqatçı təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Ağdam RPŞ-nin rəisi olan Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.

Bundan sonra Tərtər RPŞ-nin şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər.(unikal.org)

Azər
AzNews.az