- Mahal
- 12 Dekabr 2018 08:54
- 1 018
17 yaşlı oğlan itkin düşdü
Lənkəranda yeniyetmə oğlan itkin düşüb.
Hadisə şəhərin M.Nəsirli küçəsi 47 ünvanında baş verib.
Həmin ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Əliyev Hidayət Cavanşir oğlu bu il oktyabrın 15-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.(trend.az)
© AzNews.az