Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
  • Mahal
  • 12 Dekabr 2018 21:36
  •  1 850

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürdü

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1961-ci il təvəllüdlü yerli sakin Qəmbərov Afiq Həsən oğlu magistral yolu keçərkən onu qarşı tərəfdən sürətlə gələn avtomobil vurub.

Yaralı ağır vəziyyətdə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya yolun hadisə baş verən hissəsində işıqlandırma sisteminin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az