Müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
  • Mahal
  • 13 Dekabr 2018 20:07
  •  1 617

Qubada yol qəzasında xəsarət alan qadın öldü

Müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Quba rayonunda yol qəzasında xəsarət alan qadın ölüb.

Hadisə bu il noyabrın 28-də qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb. Nəticədə "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az