Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək. Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.
  • Mahal
  • 14 Dekabr 2018 17:28
  •  1 844

Şirvan şəhəri və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

AzNews.az xəbər verir ki, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 15 dekabr 2018-ci il tarixdə bir qrup vəkil tərəfindən Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının qərargahında saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

AzNews.az