Tədbirdə yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş olunub. Tədbirdə yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş olunub.
  • Mahal
  • 15 Dekabr 2018 17:22
  •  1 422

DYP Tərtərdə şagirdlər üçün maarifləndirici tədbir keçirib - VİDEO

Tədbirdə yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş olunub.

Tərtər rayon Rövşən Səfərov adına Sarıcalı kənd orta məktəbində Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu tağımının təşkilatçılığı ilə “Yol hərəkəti qaydaları” mövzusunda tədbir keçirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək olub. Tədbirdə Yol Patrul Xidmətinin əməkdaşları məktəbin pedoqiji kollektivi, şagirdlər və valideynlər iştirak etdib.

Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu tağımın komandiri Rövşən Albəndov şagirdlərə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair məlumatlar verib.

R.Albəndov şagirdlərə yol hərəkətinə dair biliklərin öyrədilməsinin vacib olduğunu, şagirdlərin maariflənməsi, onların həyatlarının qorunması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün mühüm olduğunu qeyd edib.

Tədbirdə şagirdlərin ifasında yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş olunub.

AzNews.az