O, binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. O, binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb.
  • Mahal
  • 17 Dekabr 2018 21:56
  •  1 978

Gəncədə fəhlə binanın damından yıxılaraq öldü

O, binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb.

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.

Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (report)

AzNews.az