Cəlilabadda gənc oğlanı döyən məktəb direktoruna rəsmi xəbərdarlıq edilib. Cəlilabadda gənc oğlanı döyən məktəb direktoruna rəsmi xəbərdarlıq edilib.
  • Mahal
  • 19 Dekabr 2018 13:38
  •  1 160

Gənc oğlanı döyən direktora rəsmi xəbərdarlıq edildi

Cəlilabadda gənc oğlanı döyən məktəb direktoruna rəsmi xəbərdarlıq edilib.

Sosial şəbəkələrdə Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun guya Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntü yayılıb.

Videogörüntüdə Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun 2000-ci il təvəllüdlü Əmirov İsmayıl Nazim oğlu ilə məişət zəminində baş vermiş mübahisəsi əks olunub.

Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, mübahisə iştirakçısı olan Əmirov İsmayıl qeyd olunduğu kimi 9-cu sinif şagirdi deyil, məktəbi bir müddət öncə bitirmiş gəncdir: "Muğan kənd tam orta məktəbinin direktorunun izahatında da hadisənin məktəbin şagirdi ilə bağlı olmadığı rəsmi olaraq təsdiqlənib. Bununla yanaşı, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərov Rayon Təhsil Şöbəsinə dəvət olunub, ondan hadisə ilə bağlı yazılı izahat alınıb, hadisənin yerindən, şərait və səbəbindən asılı olmayaraq onun pedaqoqa xas olmayan hərəkətləri və ictimai davranışı diqqətinə çatdırılıb və ona yazılı xəbərdarlıq edilib".(report.az)

© AzNews.az