Ailə üzvləri hadisədən gec xəbər tutublar. Ailə üzvləri hadisədən gec xəbər tutublar.
  • Mahal
  • 19 Dekabr 2018 20:17
  •  1 191

İsmayıllı sakini dəm qazından öldü

Ailə üzvləri hadisədən gec xəbər tutublar.

İsmayıllıda 38 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Hadisə rayonun Günəşli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ələsgərov Habil İnqilab oğlu axşam saatlarında hamam otağında olarkən dəm qazından boğulub. O, kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən hamam otağına dolan dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan Təcili Tibbi Yardım briqadası H. Ələsgərovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Hadisənin səbəbləri araşdırlır. (oxu.az)

AzNews.az