Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.
  • Mahal
  • 14 Fevral 2019 22:52
  •  1 861

Şəmkirdə istixanada yanğın: xəsarət alan var

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub.

Yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib.

İlkin məlumatlara görə, içərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan "QAZel" markalı yük maşını isə qismən yanıb.

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır. (report)

AzNews.az