Müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi xəstəxanaya aparılıb. Müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi xəstəxanaya aparılıb.
  • Mahal
  • 17 Fevral 2019 18:27
  •  1 152

Sabirabad sakini armaturların altında qalaraq öldü

Müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi xəstəxanaya aparılıb.

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Muğan Gəncəli kəndində 1981-ci il təvəllüdlü kənd sakini Mirzəyev İlqar Əlizadə oğlu özünə məxsus mağazada təmir işləri zamanı üzərinə armatur parçaları düşüb.

Nəticədə müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin İ.Mirzəyev xəstəxanaya çatmamış dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az