Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
  • Mahal
  • 17 Fevral 2019 19:31
  •  1 041

Cəlilabadda avtomobil aşaraq yandı - Xəsarət alanlar var

Yaralılar xəstəxanaya çatdırılıb.

Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək və yanğın söndürülüb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az