Yaralı xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Yaralı xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib.
  • Mahal
  • 17 Fevral 2019 19:48
  •  1 510

Göyçayda zəncirvari yol qəzası: xəsarət alan var

Yaralı xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Göyçay rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç avtomobilin qəzaya uğraması nəticəsində rayonun Çayarxı kənd sakini, 1983-cü il təvəllüdlü Akif Əhmədov xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Qəza nəticəsində iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az