Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
  • Mahal
  • 17 Fevral 2019 20:51
  •  1 200

Kürdəmirdə avtomobil beton lövhəyə çırpıldı: 2 nəfər xəsarət aldı - FOTOLAR

Yaralılar xəstəxanaya çatdırılıb.

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun 172 kilometrliyində, Karrar kəndi ərazisində qeydə alınıb.

Bərdə şəhər sakini, 1959-cu il təvəllüdlü Rövşən Müslüm oğlu Ağayev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə R.Ağayev və sərnişini, 1967-ci il təvəlüdlü Gəncə şəhər sakini Həqiqət Əlihüseyn qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. R.Ağayev Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. H.Məmmədovanın vəziyyəti ağır olduğundan o, həmin xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az

image description image description image description image description