Axtarışlar başa çatdı Axtarışlar başa çatdı
  • Mahal
  • 21 Fevral 2019 12:52
  •  1 660

Vəlvələçayda boğulan sürücünün meyiti tapıldı

Axtarışlar başa çatdı

Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayında aparılan qazıntılar zamanı çaya düşən sürücünün meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, fevral ayının 7-də ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasedicilərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının həyata keçirdikləri axtarış işləri nəticəsində V.Qasımovun meyiti tapılıb.

Xatırladaq ki, 07.02.2019-cu il tarixində Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayında aparılan qazıntılar zamanı sürücü Vüqar Qasımov suya düşüb.

AzNews.az