"Körpəni İstanbula çatdırdıq" "Körpəni İstanbula çatdırdıq"
  • Mahal
  • 22 Fevral 2019 12:12
  •  1 778

Yanan körpəni İstanbula çatdırdılar: "Təyyarədə hamı ağlayırdı..."

"Körpəni İstanbula çatdırdıq"

5 gündür ki, yanaraq ağır bədən xəsarətləri alan körpə fevraılın 21-də Türkiyənin İstanbul şəhərinə aparılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nərgiz Babayeva məlumat verib. O, qeyd edib ki, balaca Anjela Türkiyəyə aparılarkən təyyarədəki sərnişinlər iki saat göz yaşı axıdıb:

“Gözümüzün yaşı qurumadı. Körpəni İstanbula çatdırdıq. Bu məsələdə əməyi olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova təşəkkür edirəm”.

Qeyd edək ki, hadisə 5 gün bundan öncə Azərbaycanın rayonlarının birində baş verib. 2 yaşlı Anjela başından, əlindən və ayağından ağır yanıq xəsarətləri alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description