Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezident İlham Əliyev sərəncam imzalayıb.
  • Mahal
  • 22 Fevral 2019 14:12
  •  1 736

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrıldı

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 850,0 (səkkiz yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

AzNews.az