Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər görülür Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər görülür
  • Mahal
  • 23 Fevral 2019 10:12
  •  1 346

Əcəli dağda gəldi...

Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər görülür

Şəmkirdə ölüm hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, fevralın 22-də 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb. Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

AzNews.az