"Axşam qayıtmadığını görüb, zəng ediblər, amma cavab verməyib" "Axşam qayıtmadığını görüb, zəng ediblər, amma cavab verməyib"
  • Mahal
  • 23 Fevral 2019 10:59
  •  1 458

“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı

"Axşam qayıtmadığını görüb, zəng ediblər, amma cavab verməyib"

Şəmkir sakinin dağın başında həyatını itirməsi ilə bağlı bəzi detallar məlum olub.

Rayonun Aşağı Seyfəli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Firudin Hüseynovun dağın başında ürəyi dayanıb:

“Firudin həmin günü növbədə olub, bütün kəndin qoyunlarını dağın başına örüşə aparıb. Evdən çıxarkən deyib ki, özümü pis hiss edirəm, ürəyim ağrıyır. Ailəsinin, onun yerinə başqasını göndərmək təklifini qəbul etməyib. Ürəyi ağrımasına baxmayaraq, dağa qalxıb, elə oradaca yıxılıb. Səhər apardığı qoyunlar axşam sahibsiz kəndə qayıdıb. Firudinin gəlmədiyini görüb, nömrəsinə zəng ediblər, amma zəngə cavab verməyib. Bundan sonra hüquq mühafizə orqanlarına məlumat veriblər. Meyitini dağın başında tapıblar”.

Qeyd edək ki, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu, fevralın 22-də dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Axtarış nəticəsində F.Hüseynovun meyiti tapılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az