Ucar rayonunda yol qəzası baş verib. Ucar rayonunda yol qəzası baş verib.
  • Mahal
  • 23 Fevral 2019 16:59
  •  1 942

Ucarda avtomobil su kanalına aşıb, ölən və yaralanan var - VİDEO

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab magistralında baş verib.

Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan "VAZ-21170" markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb.

Yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.

Ölən sürücü Zərdab şəhər sakini, 1974-cü il təvəllüdlü Ceyhun Calal öğlu Ömərov və xəsarət alan sərnişin isə Ucar rayonunun Qəzyan kənd sakini, 1998-ci il təvəllüdlü Kamran Yaşar oğlu Hüseynovdur.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az