Ağcabədidə 2 qardaşın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ağcabədidə 2 qardaşın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
  • Mahal
  • 14 Mart 2019 14:20
  •  1 843

Ağcabədidə yol qəzası - İki qardaş yaralandı

Ağcabədidə 2 qardaşın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Vüsal Cəmaləddin oğlu Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı, 04 BJ 615 dövlət nömrə nişanlı avtomobil “VAZ-2107” markalı, 14 BF 209 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü V.Əhmədov və maşında olan sərnişin, qardaşı Orxan Əhmədov ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az