“Ümid edirəm ki, hər şey yaxşı olacaq” “Ümid edirəm ki, hər şey yaxşı olacaq”
  • Mahal
  • 14 Mart 2019 15:35
  •  1 509

Ağsu sakininin nəvəsi əməliyyat olunmaq üçün İstanbula göndərildi

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”

Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə salınıb.

Bu barədə Z.Muradov özü məlumat verib. O bildirib ki, əməliyyat İstanbul şəhərində xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - deyə, Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, Prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib: “Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün köməklik göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm. Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".(report.az)

AzNews.az

image description