Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub. Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub.
  • Mahal
  • 14 Mart 2019 17:22
  •  1 754

Su çəninə düşən qadın boğuldu

Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub.

Hadisə rayonun Artupa kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımova həyətlərindəki su çəninə düşərək boğulub.

Onun ailə üzvləri bildiriblər ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər.

Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

AzNews.az