O, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib. O, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib.
  • Mahal
  • 18 Mart 2019 23:38
  •  1 229

Səhət Həbibbəyliyə daha bir vəzifə həvalə edildi

O, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib.

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyliyə daha bir vəzifə həvalə edilib.

Bu gün Naxçıvan MR Atıcılıq Federasiyasının yeni sədri seçilməsi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov S. Həbibbəylinin Federasiyanın sədrliyinə namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub və S. Həbibbəyli Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib.

Qeyd edək ki, S. Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur. S. Həbibbəyli Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 5 mart 2019-cu il tarixli fərmanı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Atıcılıq Federasiyasının bundan öncəki sədri Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədov olub. V. Talıbovun 26 noyabr 2018-ci il tarixli fərmanı ilə Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilən A. Məmmədov keçən il dekabrın 8-də Atıcılıq Federasiyasının sədri vəzifəsindən də çıxarılıb. (report)

AzNews.az