Hadisə rayonun Alpoud kəndində baş verib. Hadisə rayonun Alpoud kəndində baş verib.
  • Mahal
  • 19 Mart 2019 12:26
  •  1 365

Dəmir parçası qadının kürəyindən girərək qarnından çıxdı - Ucarda dəhşət

Hadisə rayonun Alpoud kəndində baş verib.

Ucar rayonunda damdan yıxılan qadına armatur kürəyindən batıb qarın nahiyəsindən çıxıb

Ucar rayonunda bədbəxt hadisə nəticəsində qadın evin damından yıxılıb.

Hadisə rayonun Alpoud kəndində baş verib.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə düşüb.

Hadisə zamanı yerdə torpağa basdırılmış dəmir armaturun üstənə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyyəsindən çıxıb.

Ağır bədən xəsarəti alan qadın yaxınları təırəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarırlıb.

Xəstəxanadan velilən məlumatına görə, hazırda Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.(report.az)

AzNews.az