Hadisə nəticəsində şəhərin işıqlandırılma təsərrüfatına ciddi ziyan dəyib. Hadisə nəticəsində şəhərin işıqlandırılma təsərrüfatına ciddi ziyan dəyib.
  • Mahal
  • 25 Mart 2019 23:58
  •  1 901

Mingəçevirdə avtomobil işıq dirəyini aşırdı

Hadisə nəticəsində şəhərin işıqlandırılma təsərrüfatına ciddi ziyan dəyib.

Mingəçevirdə avtomobil işıq dirəyini aşırıb.

Hadisə şəhər avtovağzalı yaxınlığında baş verib.

Yağışlı havada idarəetmədən çıxan “Mercedes” markalı avtomobil yol kənarındakı iki metal maneəyə çırpılıb. Belə ki, iri işıq dirəyini aşıran avtomobil digər metal maneəni də ciddi şəkildə zədələyib. Qəzadan yüngül xəsarətlə qurtulan sürücü avtomobilini hadisə yerində ataraq, ərazidən uzaqlaşıb.

Hadisə nəticəsində şəhərin işıqlandırılma təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az