Şəkidə ev partladı - Bir nəfər xəsarət aldı

Mənzilin ev əşyaları qismən yanıb

Şəki şəhərində partlayış qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində mənzilin ev əşyaları qismən yanıb.

Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az