Zaqatala RPŞ tərəfindən araşdırma aparılır Zaqatala RPŞ tərəfindən araşdırma aparılır
  • Mahal
  • 15 Aprel 2019 17:00
  •  1 728

Maşını ağaca vuran sürücü öldü

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır

Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 13-də saat 3 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Ramil Mehdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

AzNews.az