Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezident İlham Əliyev sərəncam imzalayıb.
  • Mahal
  • 17 Aprel 2019 15:03
  •  2 198

Qusarda yol tikintisinə üç milyon manat ayrıldı

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

AzNews.az