Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
  • Mahal
  • 17 Aprel 2019 22:57
  •  1 887

Tərtərdə maşın aşdı: sürücü və sərnişin xəsarət aldı

Yaralılar xəstəxanaya yerləşdirilib.

Tərtər rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

Tərtər-Goranboy-Gəncə avtomobil yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az