Qar meyvə bağlarına ziyan vurub Qar meyvə bağlarına ziyan vurub
  • Mahal
  • 20 Aprel 2019 12:10
  •  1 493

Lerik və Yardımlı rayonlarına qar yağıb

Qar meyvə bağlarına ziyan vurub

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 19-da axşam saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarında qarla müşayiət olunub.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata əsasən, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ziyan vurub.

Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimetrdir.

Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Yaz fəslində yağan qar yaşayış məntəqələrində hər hansı bir problem yaratmayıb. (AZƏRTAC)