Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
  • Mahal
  • 22 Aprel 2019 20:47
  •  2 109

Zaqatalada dolu əleyhinə raket tapıldı - FOTO

Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bu gün saat 12:57-də Dövlət Sərhəd Xidmətindən ANAMA-ya Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzNews.az

image description image description image description image description image description image description image description