Məhərrəm əlindəki bıçaqla Rahilin ürəyindən bir neçə zərbə vurub Məhərrəm əlindəki bıçaqla Rahilin ürəyindən bir neçə zərbə vurub
  • Mahal
  • 23 Aprel 2019 14:11
  •  2 117

30 manata görə dostunu öldürdü - Bir qətlin tarixçəsi

Məhərrəm əlindəki bıçaqla Rahilin ürəyindən bir neçə zərbə vurub

Qazax rayonunda baş verən qətl hadisəsinin təfərrütaı məlum olub.

Rayonun Çaylı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə 25 manat borcun üstündə baş verib:

“Rahil Bənnayev Qazax Dövlət Sosial İqtisad Kollecinin III kurs tələbəsidir. O, dostu Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi Məhərrəm Qocayevə 30 manat pul borc verib. Rahil ondan verdiyi pulu geri istəyib. Məhərrəm isə həmin pulun bir hissəsini geri qaytarıb. Bu zaman tərəflər arasında dava düşüb. Məhərrəm əlindəki bıçaqla Rahilin ürəyindən bir neçə zərbə vurub. Rahil elə oradaca ölüb”.

Sakinlər deyir ki, Məhərrəm Qocayev hazırda saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Bahar RÜSTƏMLİ

AzNews.az