Ona lazımi tibbi yardım göstərilib. Ona lazımi tibbi yardım göstərilib.
  • Mahal
  • 14 May 2019 22:23
  •  1 519

Zaqatala sakinini çaqqal dişlədi

Ona lazımi tibbi yardım göstərilib.

Zaqatalada 57 yaşlı kişiyə yırtıcı heyvan hücum edib.

Bu gün axşam saatlarında rayonun Muğanlı kənd sakini, 1962-ci il təvəllüdlü Fərman Əziz oğlu Qurbanəliyev sağ ayağının baldır nahiyəsindən yırtıcı heyvan dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı F.Qurbanəliyev kəndin inzibati ərazisində torpaq sahəsində işləyən zaman çaqqalın hücumuna məruz qaldığını bildirib. F.Qurbanəliyev ayağına xəsarət yetirən yırtıcı heyvanı öldürdüyünü deyib. Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. (ona.az)

AzNews.az