Ziyalılar maarifləndirmədə fəal olmağa çağırılıb Ziyalılar maarifləndirmədə fəal olmağa çağırılıb
  • Mahal
  • 16 May 2019 10:25
  •  1 264

Tovuzda Fitoterapevtlər Cəmiyyəti İB-nin seminarı keçirilib

Ziyalılar maarifləndirmədə fəal olmağa çağırılıb

Tovuz şəhərində Heydər Əliyev Mərkəzində Fitoterapevtlər Cəmiyyəti İB-nin geniş maarifləndirmə seminarı keçirilib. Tovuz rayon İcra hakimiyyətinin, millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Tovuz Gənclər evinin dəstəyilə keçirilən seminarda çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuzda keçirilməsinin təsadüfi olmadığını deyib, çünki Tovuz rayonu zəngin florası olan bölgələrdən biridir:

"Bildiyiniz kimi cənab Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir və fitoterapiya da xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Tovuz rayonu zəngin floraya sahibdir, burada çoxlu sayda şəfalı bitkilər var, o cümlədən dərman bitkiləri ilə də zəngindir". Millət vəkili Q.Paşayeva bildirib ki, fitoterapiya, onun vacibliyi və əhəmiyyəti ilə bağlı əhalimizin geniş maarifləndirilməsi işlərinə böyük ehtiyac var və bölgələrimizdə bu kimi tədbirlərin keçirilməsi bu istiqamətdə çox vacibdir. Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva sağlam həyat tərzinin, düzgün qidalanma və xəstələnmənin qarşısının alınmasının - profilaktikanın vacibliyini qeyd edib. Qidalanma üçün faydalı, eyni zamanda dərman bitkiləri ehtiyatı ilə zəngin olan ölkəmizdə həmin bitkilərdən müxtəlif məhsulların və müxtəlif dərmanların hazırlanmasının yaxın gələcəkdə önəmi barədə də danışaraq bu sahədə araşdırma, tədqiqat aparan alimlərin, tədqiqatçıların təmsil olunduğu Fitoterapevtlər Cəmiyyətinə ölkəmizdə fitoterapiyanın inkişafına müsbət töhfələr verəcəyinə inandığını deyib və uğurlar diləyib.

Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri Məlahət Qəhrəmanova çıxış edərək rəhbərlik etdiyi cəmiyyət haqqında geniş məlumat verib və bildirib ki, cəmiyyətin əsas məqsədi ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etmək, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır. M.Qəhrəmanova Fitoterapevtlər cəmiyyətində bu sahədə mütəxəssis olan alim və tədqiqatçıların təmsil olunması, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də geniş məlumat verib.

Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq” la bağlı çıxış edib və zəngin dərman bitkiləri ehtiyatına malik ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ülviyyə Abbasova çıxış edərək təşkilatın maarifləndirmə istiqamətində hədəfləri barədə geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə iştirak edən Tovuz rayon icra başçısının müavini Təranə Bayramova da iştirak edib, tədbirdə bir sıra ziyalılar çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər. Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri M.Qəhrəmanova, Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ü.Abbasova və professor A.Bəndəliyeva tədbir iştirakçılarını maraqlandıran sualları da cavablandırıblar.

Eyni zamanda, Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri M.Qəhrəmanova, Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ü.Abbasova və professor A.Bəndəliyeva Tovuz rayon icra başçısı Məmməd Məmmədov və millət vəkili Q.Paşayeva ilə görüşüblər, görüşdə Tovuz rayonunun fitoterapiya sahəsində potensialı və bu sahənin inkişafı istiqamətində bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az

image description image description image description image description image description image description image description