Şamaxıda sürücü maşını aşırdı: 3 yaşlı uşaq öldü - FOTO

Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saat 20:00 radələrində Şamaxı-Pirqulu yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə maşında olan 3 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib, valideynləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az

image description